İlon Mask – Ukraynanın siyasətinə nə qədər qarşı çıxsam da, “Starlink” heç vaxt terminallarını söndürməyəcək

10:18, 10.03.2025

 
İlon Mask bildirir ki, Ukraynanın siyasətinə nə qədər qarşı çıxsa da, heç vaxt ukraynalı hərbçilər üçün “Starlink” şəbəkəsini söndürməyib. Bu barədə Mask X sosial şəbəkəsində dərc olunmuş bəyanatda qeyd edib.

Mask bildirib ki, “Starlink” olmadan, Ukraynanın kommunikasiya xətləri sıradan çıxacaqdı, çünki ruslar bütün digər kommunikasiyaları kəsə bilərdilər.

“Olduqca aydın şəkildə deyim ki, Ukraynanın siyasətinə nə qədər qarşı çıxsam da, “Starlink” heç vaxt terminallarını söndürməyəcək. Sadə şəkildə deyirəm ki, “Starlink” olmadan, Ukraynanın xətləri sıradan çıxacaqdı, çünki ruslar bütün digər kommunikasiyaları kəsə bilərdilər. Biz heç vaxt belə bir şey etməzdik və ya ondan bazarlıq predmeti kimi istifadə etməzdik” – Mask yazır.

Oxşar