İlon Mask "Twitter"-i almaq üçün 44 milyard dollarlıq dərində müqaviləni dayandırır
İlon Mask "Twitter"-i almaq üçün 44 milyard dollarlıq dərində müqaviləni dayandırır

Amerikalı biznesmen, İlon Mask “Twitter” sosial şəbəkəsinin alınması ilə bağlı 44 milyard dollarlıq müqaviləni ləğv etmək istəyir.

CNBC-nin məlumatına görə, bu barədə Maskın vəkilinin şirkətə göndərdiyi rəsmi məktubda deyilir.

Buna cavab olaraq “Twitter”-in idarə heyətinin sədri, Brett Taylor şirkətin razılaşdırılmış qiymətə sövdələşməyə sadiq qaldığını və müqavilənin icrası üçün hüquqi tədbirlər görməyi planlaşdırdığını bildiridi.

“Biz əminik ki, Delaver Məhkəməsində qalib gələcəyik”, – Teylor yazır.

Yayılan xəbərdən sonra “Twitter”-in səhmləri təxminən 6% ucuzlaşdı.