İlon Mask sosial şəbəkədə onu Avropanın siyasi həyatına qarışmaqda günahlandıran Emmanuel Makrona cavab verir
Amerikalı milyarder, ABŞ-ın seçilmiş prezidentinin administrasiyasının üzvü İlon Mask onu Avropanın siyasi həyatına qarışmaqda günahlandıran Fransanın Prezidenti Emmanuel Makrona cavab verir.
Belə ki, Makron qeyd edib: “On il əvvəl ən böyük sosial şəbəkələrdən birinin sahibinin yeni mürtəce beynəlxalq hərəkatı dəstəkləyəcəyini və seçkilərə, o cümlədən Almaniyada birbaşa müdaxilə edəcəyini demək kimin ağlına gələrdi”.
İlon Mask öz X sosial şəbəkəsində Makronun bu bəyanatını paylaşaraq yazıb: “Starmerin Donald Trampı irqçi adlandırması və Britaniya hökumətinin onu dayandırmaq üçün hər şeyi etməli olduğunu deməsi kimi? Yoxsa Starmerin bu il Britaniyanın “Leyborist Partiyası”nın üzvlərini prezident Trampa qarşı kampaniya aparmaq üçün ABŞ-a göndərməsi kimi?
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən də İlon Mask yalan və dezinformasiya yaymaqda ittiham edilmişdi. Starmerin tənqidi Mask tərəfindən Britaniyada uşaqlara qarşı cinsi zorakılıq hallarının araşdırılması ilə əlaqdar bəyanatlar ilə bağlı olub, bu zaman İlon Mask Birləşmiş Krallığın təhlükəsizlik nazirini sözügedən hallara qeyri-adekvat reaksiya verməkdə günahlandırıb və ondan “təcavüz soyqırımının müdafiəçisi” olaraq bəhs etmişdi.