İlon Mask - Mən olmasaydım, Tramp seçkilərdə məğlub olacaqdı, Demokratlar isə Nümayəndələr Palatası üzərində nəzarətə sahib olacaqdılar, bu nə nankorluqdur
İlon Mask - Mən olmasaydım, Tramp seçkilərdə məğlub olacaqdı, Demokratlar isə Nümayəndələr Palatası üzərində nəzarətə sahib olacaqdılar, bu nə nankorluqdur

 

Mən olmasaydım, Tramp seçkilərdə məğlub olacaqdı, Demokratlar isə Nümayəndələr Palatası üzərində nəzarətə sahib olacaqdılar, bu nə nankorluqdur? – ötən həftə ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri postunu tərk edən amerikalı milyarder İlon Mask sosial şəbəkədə bu haqda yazır.

Keçmiş müttəfiqlər İlon Mask və Donald Tramp arasında narazılığa səbəb Nümayəndələr Palatasının keçən ay təsdiq etdiyi və prezidentin dəstəklədiyi xərclər haqqında qanun layihəsi olub.

Qanun layihəsi bəzi sahələrdə, o cümlədən müdafiə və miqrasiya siyasətinin həyata keçirilməsi üçün xərclərin artırılmasını, dövlət borcunun limitinin artırılmasını və vergi güzəştlərini nəzərdə tutur.

“Mən olmasaydım, Tramp seçkilərdə məğlub olacaqdı, Demokratlar isə Nümayəndələr Palatası üzərində nəzarətə sahib olacaqdılar, Respublikaçılar isə Senatda 51/49 nisbəti ilə təmsil olunacaqdılar, bu nə nankorluqdur?” – Mask yazır.

Bundan əvvəl Donald Tramp Oval kabinetdə Almaniyanın kansleri ilə birlikdə mediaya danışarkən İlon Maskdan məyus olduğunu deyib.

Trampın izahatına əsasən, İlon Mask hakimiyyətin elektrik avtomobilləri üçün mandatı azaltmağı planlaşdırdığını öyrənəndə qanun layihəsi ilə əlaqədar problem yaşayıb.

İlon Mask həmçinin sosial şəbəkədə Donald Trampın milli borcun və büdcə kəsirinin artırılmasını tənqid etdiyi 2013-cü ildə dərc edilmiş bəyanatlarını da paylaşıb.

“Müdrik sözlər” – Mask yazır.