İlon Mask, Hökumətin Səmərəliliyi Departamentini idarə etmək üçün sərf etdiyi vaxtın may ayından əhəmiyyətli dərəcədə azalacağını bildirir

11:31, 23.04.2025

 

ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask, Hökumətin Səmərəliliyi Departamentini idarə etmək üçün sərf etdiyi vaxtın may ayından əhəmiyyətli dərəcədə azalacağını bildirir. Bu barədə məlumatı “BBC” yayır.

Mask, dayandırılmış israfçılıq və saxtakarlığın geri qayıtmayacağına əmin olmaq üçün prezident Trampı dəstəkləməyə davam edəcəyini deyib.

İlon Maskın izah etdiyi kimi, həftədə bir və ya iki günü prezidentin istədiyi müddət ərzində yenə də dövlət işlərinə ayıracaq.

Bununla yanaşı, İlon Maskın şirkəti “Tesla” ciddi maliyyə problemləri yaşayır. Şirkətin səhmləri bu il 40%-dən çox ucuzlaşıb.

Medianın yazdığı kimi, Maskın Trampla siyasi əlaqələri və Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasına dəstəyi “Tesla”nın imicinə xüsusilə zərər verir.

Oxşar