İlon Mask – Fransa prezidentliyinə namizəd və “Yaşıllar” partiyasının lideri Marin Tondelyenin Fransaya xəyanət etdiyinə görə siyasətdən kənarlaşdırılmasını tələb edirəm

20:08, 07.08.2026

 

Marin Tondelyenin Fransaya xəyanət etdiyinə görə siyasətdən kənarlaşdırılmasını tələb edirəm – bu barədə “X” platformasının sahibi İlon Mask Fransa prezidentliyinə namizəd və “Yaşıllar” partiyasının lideri Marin Tondelyenin ünvanına sosial şəbəkədə yazıb.

Maskın bəyanatından əvvəl Tondelye xarici müdaxilə halında Fransa hakimiyyətinin seçki kampaniyası dövründə “X”in fəaliyyətini müvəqqəti olaraq dayandırmaq hüququna malik olması barədə çağırış etmişdi. O, həmçinin “X”in fəaliyyətinin bir ay müddətinə dayandırılmasının Fransada siyasi müzakirələri əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını demişdi.

Tondelye sosial şəbəkədə Maska cavab verib və qeyd edib ki, “Fransanın xarici milyarderdən vətənpərvərlik dərsinə ehtiyacı yoxdur”.

“Əziz İlon Mask, mən Fransa prezidentliyinə sizin təbirinizcə “Fransaya xəyanət etdiyinə görə siyasətdən kənarlaşdırılmalıyam” (ümumiyyətlə bu nə deməkdir?) dediyiniz namizədəm. Fransanın, hansı Avropa siyasi liderlərinin danışmasına qadağa qoyulmalı olduğuna özünün qərar verməli olduğunu düşünən xarici milyarderdən vətənpərvərlik dərsinə ehtiyacı yoxdur. Demokratiya satılmır, hətta dünyanın ən varlı adamı üçün belə. Demokratiyanı almağa cəhd etməkdə ittiham olunmaqdansa, onu müdafiə etməkdə ittiham olunmağı üstün tuturam” – Marin Tondelye bildirib.

Maskın bəyanatını “İtaətsiz Fransa” partiyasının lideri Jan-Luk Melanşon da tənqid edib. O, Fransa hakimiyyətini xarici müdaxiləyə qarşı kifayət qədər tədbir görməməkdə ittiham edib.

Melanşonun qiymətləndirməsi daha sonra Fransanın xarici işlər naziri Jan-Noel Baro tərəfindən təkzib olunub və o, seçkilərə xarici müdaxilə ilə xarici siyasi fiqurun başqa bir ölkədəki hansısa siyasi qüvvəni dəstəkləməsi və ya tənqid etməsi arasında fərq qoyulmalı olduğunu qeyd edib. O bildirib ki, bu, özlüyündə “ictimai müzakirələrin manipulyasiyası aktı deyil”.

Oxşar