İlon Mask - Donald Trampla bağlı bəzi paylaşımlara görə peşmanam, həddindən artıq idi
İlon Mask - Donald Trampla bağlı bəzi paylaşımlara görə peşmanam, həddindən artıq idi

 

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampla bağlı bəzi paylaşımlara görə peşman olduğunu bildirir.

Maskın sosial şəbəkədə yazdığı kimi, paylaşımlar həddindən artıq idi.

“Donald Trampla bağlı ötən həftə yazdığım bəzi paylaşımlara görə peşmanam. Onlar həddindən artıq idi” – Mask sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, İlon Maskla Donald Tramp arasında fikir ayrılığı Donald Trampın büdcə qanun layihəsini dəstəkləməsindən sonra başlayıb. Qanun layihəsi Donald Trampın ilk administrasiyası dövründə, 2017-ci ildə qəbul edilən vergi güzəştlərinin davam etdirilməsini, eləcə də müdafiə sahəsi və sənədsiz miqrantların kütləvi deportasiyası üçün əlavə maliyyə vəsaitini nəzərdə tutur. O, həmçinin dövlət borcunun limitinin dörd trilyon dollara qədər artırılmasını nəzərdə tutur.

Mask bu qanun layihəsini “iyrənc rüsvayçılıq” adlandırdı və dedi ki, bu, ölkəni “dağıdıcı borclarla” yükləyəcək. İlon Mask ötən ay ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsini tərk etdi. Bu departament xərclərin azaldılması məqsədilə yaradılmışdı və Mask ona 129 gün boyunca rəhbərlik edirdi.

Bununla yanaşı, Mask bildirib ki, Donald Trampın adı yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan Cefri Epsteynin işinin sənədlərdə keçir və məhz bu səbəbdən həmin sənədlər ictimailəşdirilməyib.