İlon Mask Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamağa razılaşdığını bildirir
ABŞ-ın Hökümət Effektivliyi Departamentinin rəhbəri İlon Mask bildirib ki, prezident Donald Trampla danışıb və Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması ilə bağlı onunla “razılaşıb”.
“Forbes”in məlumatına əsasən, Mask bu bəyanatı “X”in birbaşa efirində ABŞ-ın Hökümət Effektivliyi Departamentinin (DOGE) fəaliyyətini müzakirə etmək məqsədi daşıyan müzakirə zamanı verib.
İlon Mask qeyd edib ki, o, bu məlumatı Trampla bir neçə dəfə yoxlayıb və soruşub: “Əminsinizmi?”, Tramp isə “Bəli” cavabını verib. “Beləliklə, biz bağlayırıq” – İlon Mask bildirib.
Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin “siyasi baxımdan qərəzli” olduğunu bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp USAID-in rəhbərliyini “radikal çılğınlar qrupu” adlandırmışdı.
“X”də keçirilən müzakirədə iştirak edən respublikaçı senator Coni Ernst də bildirib ki, əgər USAID-in səlahiyyətinə aid “həqiqətən yaxşı amerikayönümlü proqramlar” varsa, onlar Dövlət Departamentinin tabeliyinə keçirilməli və “müvafiq nəzarət təmin olunmalıdır”.