İlon Mask Britaniyanın Baş naziri Kir Starmeri tənqid edir və bildirir ki, Britaniyada yeni seçkilər təyin olunmalıdır
ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri təyin edilən amerikalı milyarder İlon Mask Böyük Britaniyanın Baş naziri Kir Starmeri tənqid edir və hesab edir ki, Birləşmiş Krallıqda yeni seçkilər təyin olunmalıdır.
“Britaniyada yeni seçkilər təyin olunmalıdır” – yeni sorğunun hesabatlarından birinə münasibət bildirən İlon Mask yazıb.
İlon Mask sosial şəbəkədə Starmerin fəaliyyətini tənqid etdiyi, ifrat sağçı aktivist Tomi Robinsonun həbsxanadan azad edilməsini tələb etdiyi və yalnız Naicel Farajın partiyasının Britaniyanı xilas edə biləcəyini dediyi bir neçə paylaşım edib.