İlon Mask bəyan edir ki, böyük ehtimalla "COVID-19" virusuna yoluxub
İlon Mask hesab edir ki, böyük ehtimalla “COVID-19” virusuna yoluxub. Məlumatı “Reuters” agentliyi yayır.
“Tesla” şirkətinin icra direktoru bəyan edir ki, onda virusa məxsus simptomları var. Lakin testin cavabları əksini təsdiq edir.
“Müxtəlif laboratoriyalardan fərqli cavablar alıram. Böyük ehtimalla, məndə virusun yüngül formasıdır. Simptomlarım yüngül soyuqdəyməyə bənzəyir”, – İulon Mask “tvitter” mikrobloqunda yazır.