İlon Mask – Avropa liderləri Rusiya ilə əbədi müharibə istəyirlər, daha neçə valideyn övladsız qalmalıdır? Onların məntiqi ilə bu, heç vaxt bitmir

15:39, 06.03.2025

 
Avropa liderləri Rusiya ilə əbədi müharibə istəyirlər – bu haqda Amerika Birləşmiş Ştatlarının Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask sosial şəbəkədə yazır.

“Onlar daimi müharibə istəyirlər. Daha neçə valideyn övladsız qalmalıdır? Daha neçə uşaq atasız qalmalıdır? Onların məntiqi ilə bu, heç vaxt bitmir” – İlon Mask yazır.

Mask, Danimarkanın Baş naziri Mete Frederiksenin Ukraynanın müharibədə qalib gəlməli olduğunu, çünki müharibənin indi dayandırılacağı təqdirdə, Rusiyanın daha çox vəsait və insan səfərbər etmək imkanı əldə edəcəyini və başqa bir Avropa ölkəsinə hücum edə biləcəyini dediyi bəyanatını paylaşıb.

Oxşar