İlon Mask - Avropa komissarları Avropanın qətlinə görə məsuliyyət daşıyırlar
İlon Mask - Avropa komissarları Avropanın qətlinə görə məsuliyyət daşıyırlar

 

İlon Mask bildirir ki, Avropa komissarları “Avropanın qətlinə görə” məsuliyyət daşıyırlar.

Bu haqda Mask sosial şəbəkədə yazıb.

İlon Mask avstriyalı siyasi fəal Martin Selnerin paylaşımını paylaşarkən “Avropa komissarları Avropanın qətlinə görə məsuliyyət daşıyırlar” yazıb.

Martin Selner paylaşımda “Avropa İttifaqından niyə nifrət etdiyini” izah edir.

“Bu, Avropa İttifaqından niyə nifrət edirəm: 2013-cü ildə İtaliyanın sahil mühafizəsi açıq dənizdə 24 afrikalını tutub Afrikaya qaytardı. Qehri-hökumət təşkilatının yardımı ilə onlar Liviyadakı qaçqın düşərgəsindən İtaliyanı şikayət etdilər və Avropa İnsan Hüquqları Məhkəməsində (Avropanın “İnsan Hüquqları Şurası”) işi qazandılar. İtaliya onlara 360 000 avro ödəməli və onları Avropaya göndərməli oldu. Bu, Aralıq dənizində qanunsuz miqrantların axınının başlanğıc nöqtəsi idi. Avropa təsisatları milli dövlətləri iflic ediblər. Onlar müdafiəsiz hala gəliblər. Avropa İttifaqı, Avropa İnsan Hüquqları Məhkəməsi ilə birlikdə, Avropa ölkələrinə qarşı işləyir. Mən onlardan nifrət edirəm” – Selner yazır.