İlkin nəticələrə görə, İsrail Parlament seçkilərində Benyamin Netanyahunun partiyası liderlik edir

10:12, 02.11.2022

İlkin nəticələrə görə, İsrail Parlament seçkilərində keçmiş baş nazir, Benyamin Netanyahunun partiyası liderlik edir.

Medianın məlumatına görə, seçkilərdə ikinci yeri hazırkı baş nazir, İair Lapidin partiyası tutur.

Eqzitpolların nəticələrinə görə, Lapidin partiyası Ksenetidə 22-24 mandata sahibdir.

Bu, son üç ildə İsraildə keçirilən beşinci seçkidir. Seçici fəallığı 66,3 faiz təşkil etdi ki, bu da 1999-cu ildən bəri ən yüksək göstəricidir. Seçkilərin yekun nəticələri sabah bəlli olacaq.

Oxşar