İlkin nəticələrə əsasən, Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 57.46 faizlə liderlik edir, 36.66 fazilə ikinci yerdə Kemal Kılıçdaroğludur

20:22, 14.05.2023

Türkiyənin Ali Seçki Komissiyası seçkinin ilkin nəticələrinin mətbuat tərəfindən dərcinə qoyulan məhdudiyyəti aradan qaldırdı.

“Habertürk”-ün məlumatına görə, ilkin nəticələrə əsasən, Türkiyə prezident seçkilərində ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 57.46 faizlə liderlik edir, 36.66 fazilə ikinci yerdə birləşmiş müxalifətin namizədi Kemal Kılıçdaroğludur, üçüncüdə isə, Sinan Oğandır – 5.28 fazilə.

bu vaxt üçün səslərin 14 faizi hesablanıb.

Ərdoğanın əsəs rəqibi müxalifətin vahid namizədi – Kemal Kılıçdaroğlu hesab olunur. Parlament seçkilərində isə, ümumilikdə 24 siyasi partiya və 151 müstəqil namizəd iştirak edir. Bəzi partiyalar seçkilərdə koalisiyalarla təmsil olunur.

 

 

Oxşar