İlkin nəticələrə əsasən, Albaniyanın parlament seçkilərində ölkənin indiki baş naziri Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiyası qalib gəlir
İlkin nəticələrə əsasən, Albaniyanın parlament seçkilərində ölkənin indiki baş naziri Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiyası qalib gəlir.
Ramanın sosialistləri səslərin 53%-ni, Albaniyanın sabiq prezidenti Sali Berişanın müxalifətçi sağ mərkəzçi koalisiyası isə 35 %-ni toplayıb.
Bu nəticələrlə sosialistlər hökuməti müstəqil şəkildə formalaşdırmaq üçün lazım olan 71 yeri əldə edəcəklər.
Mərkəzi Seçki Komissiyasının sədri İlircan Çelibaşı bazar günü keçirilən seçkilərin dinc şəraitdə keçirildiyini, namizədlər və onların bəzi tərəfdarları tərəfindən yalnız bir neçə pozuntunun qeydə alındığını və bunun nəticələrə mənfi təsir göstərməyəcəyini bildirib.