İlkin məlumatlara görə, Respublikaçıların Nümayəndələr Palatasında 211, Demokratların isə, 207 mandat qazanmaq şansı var

16:29, 12.11.2022

ABŞ-da keçirilən aralıq seçkilər nəticəsində, Senatda çoxluq uğrunda mübarizə kəskinləşdi.

“BBC”-nin proqnozuna görə, Arizonada qalib demokrat Marle Kelli olacaq. Əgər bu proqnoz özünü doğrultsa, o zaman Demokratlar Konqresin yuxarı palatasında 49 yerə sahib olacaq və səs çoxluğu əldə etmək üçün yalnız daha bir ştatı qazanmalıdır.

Hazırda Respublikaçı namizədin cüzi üstünlüyü olan Nevada ştatında səslərin hesablanması davam edir.

Güclər balansının necə olacağı isə, dekabrın 6-da Corciada keçirilməsi planlaşdırılan ikinci turun nəticələrinin açıqlanmasından sonra müəyyənləşəcək.

Nümayəndələr Palatasına gəldikdə, ilkin məlumatlara görə, Respublikaçıların Nümayəndələr Palatasında 211, Demokratların isə, 207 mandat qazanmaq şansı var.

Oxşar