İlkin qiymətləndirmələrə əsasən, Gürcüstan ərazisində türk təyyarəsinin qəzaya uğramasının səbəbi ehtimal ki, mühərriklərin sıradan çıxması olub
İlkin qiymətləndirmələrə əsasən, Gürcüstan ərazisində türk təyyarəsinin qəzaya uğramasının səbəbi ehtimal ki, mühərriklərin sıradan çıxması olub

 

İlkin texniki qiymətləndirmələrə əsasən, Gürcüstan ərazisində türk hərbi yük təyyarəsi “C 130″un qəzaya uğramasının səbəbi ehtimal ki, mühərriklərin sıradan çıxması olub.

Bu haqda “Hurriyet” türk nəşri yazır.

Media vasitəsinin məlumatına əsasən, uçuş zamanı mühərrikdə nasazlıq müşahidə edilməyib, layner 7333 metr hündürlüyə çatıb və Gürcüstanın hava məkanına daxil olub. Bundan sonra ehtimal ki, dörd mühərrikli təyyarənin dördüncü mühərriki gözlənilmədən sıradan çıxıb, bu isə təyyarəni idarə etməyi çətinləşdirib, hündürlük və sürətdə kəskin artım baş verib.

Təyyarənin idarə olunmasına nəzarət etməyə çalışarkən ikinci mühərrikdə yağ təzyiqinin pozulması baş verib, nəticədə də o dağıldı, bu isə təyyarənin gövdəsinə ziyan vurdu.

Türk mediasının məlumatına əsasən, təyyarənin quyruq hissəsi qopub, ikinci mühərrikin pərvanəsinin hissələri isə gövdəni dağıdıb və pilot kabinasını yarıya bölüb.

Məlumat üçün bildirək ki, Siğnaği Munisipalitetində Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında göyərtəsində 20 hərbçi olan türk hərbi təyyarəsi noyabrın 11-də qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyə istiqamətində reys yerinə yetirirdi.