İlk iki kvartalın göstəricilərilə, Gürcüstanda yol qəzası nəticəsində 189 insan dünyasını dəyişdi
İlk iki kvartalın göstəricilərilə, Gürcüstanda yol qəzası nəticəsində 189 insan dünyasını dəyişdi

Milli Statistika Xidmətinin 2021-ci ilin ilk iki kvartalının göstəricilərinə görə, Gürcüstanda yol qəzası nəticəsində 189 insan dünyasını dəyişdi. Cəmi ölkədə 2 762 yol qəzası baş verdi. Buradan 78 hal sərxoşluqdan baş vermişdir, 3 595 insan xəsarət aldı.

Bununla yanaşı, Milli Statistika Xidmətinin məlumatına görə, 2021-ci ilin ilk iki kvartalında 6 286 yanğın qeydə alındı, nəticədə 28 insan vəfat etdi, 79 insan xəsarət aldı. Yanğın nəticəsində, ölkə miqyası ilə 241 tikili məhv oldu.

Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin ilk iki kvartalında trefikinq maddəsi ilə 8 cinayət törədilin, buradan DİN tərəfindən beş işin üstü açılıb.