İlk dəfə işğal altındakı Donetsk, Luqansk, Zaporojie və Xerson vilayətlərini, eləcə də ilhaq edilmiş Krımı da əhatə edəcək Rusiya Dövlət Dumasının seçkiləri sentyabrın 20-də keçiriləcək
Rusiya Dövlət Dumasının seçkiləri sentyabrın 20-də keçiriləcək. Müvafiq fərman Rusiya Prezidenti Vladimer Putin tərəfindən imzalanıb.
Seçkilər ilk dəfə işğal altındakı Donetsk, Luqansk, Zaporojie və Xerson vilayətlərini, eləcə də ilhaq edilmiş Krımı da əhatə edəcək.
Doqquzuncu çağırış qanunverici orqanının seçkiləri 3 gün davam edəcək və sentyabrın 20-də başa çatacaq. Həmin gün ölkə miqyasında regional və bələdiyyə seçkiləri də keçiriləcək. Ölkənin 33 regionunda məsafədən elektron səsvermə sistemi fəaliyyət göstərəcək. Seçkilərdə iştirak etmək hüququna ümumilikdə 17 partiya malikdir.
Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın bəyanatına əsasən, seçkiqabağı kampaniya bu gündən, iyunun 16-da başlayır.