İliya Darçiaşvili - fəxr edirəm ki, Tbilisi Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş yeridir, bölgədə sülhün və sabitliyin bərqərar olması istiqamətində birgə səylərimiz öz bəhrəsini verəcəkdir

Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri, İliya Darçiaşvili sosial şəbəkədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Tbilisiyə səfərinə münasibət bildirir.

“Çox fəxr edirəm ki, Tbilisi Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin, Ceyhun Bayramov və Ararat Nirzoyanın görüş yeridir. Əmin olun ki, bölgədə sülhün və sabitliyin bərqərar olması istiqamətində birgə səylərimiz öz bəhrəsini verəcəkdir”, – İliya Darçiaşvili “tvitterdə” yazır.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan  Tbilisiyə bu gün səfər etdilər.