İliya Darçiaşvili - Ceyms Klever ilə görüşdə Qara Dəniz bölgəsinin əhəmiyyətindən, enerji təhlükəsizliyində Gürcüstanın xüsusi rolundan danışdıq
İliya Darçiaşvili - Ceyms Klever ilə görüşdə Qara Dəniz bölgəsinin əhəmiyyətindən, enerji təhlükəsizliyində Gürcüstanın xüsusi rolundan danışdıq

Ceyms Klever ilə görüşdə Qara Dəniz bölgəsinin əhəmiyyətindən danışdıq. Gürcüstanın Avropanın enerji təhlükəsizliyində xüsusi roluna diqqət yetirdik, – bu barədə Gürcüstan Xarici İşlər naziri, İliya Darçiaşvili bəyan etdi.

Elə onun dediyinə görə, söhbət zamanı bölgə tranzit və logistika mərkəzinin əhəmiyyəti qeyd edildi. Bununla yanaşı, Darçiaşvilinin qeyd etdiyinə görə, bölgədə mövcud təhlükəsizlik mühitini ətraflı müzakirə etdilər.

“Qara Dəniz bölgəsinin təhlükəsizlik, iqtisadiyyat və enerji baxımından artan əhəmiyyətindən danışdıq. Yeni bölgə kontekstini nəzərə alaraq, Gürcüstanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi roluna və əlaqənin aktuallığına diqqət yetirdik. Bölgə tranzit və logistika mərkəzinin əhəmiyyətinə diqqət yetirildi. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü nəticəsində bölgədə mövcud təhlükəsizlik mühitini ətraflı müzakirə etdik. İstər siyasi, istər diplomatik, istərsə də humanitar sahədə, Ukraynanı dəstəkləmək üçün fəal səylər barədə məlumat mübadiləsi apardıq. Qeyd olundu ki, Rusiyanın təcavüzü və onun nəticələrini ilk yaşayan Gürcüstan olub”, – Darçiaşvili bəyan etdi.