İlin sonuna kimi Xaşurinin 13 kilometrlik dördxəttli dolama maqistral yolu olacaq
İlin sonuna kimi Xaşurinin 13 kilometrlik dördxəttli dolama maqistral yolu olacaq

2020-ci ilin sonuna kimi Xaşurinin 13 kilometrlik dördxəttli dolama maqistral yolu olacaq, – tikinti işlərini Gürcüstanın baş naziri, Giorgi Qaxariya Kənd Təsərrüfatı naziri Levan Davitaşvili və Şida Kartli qubernatoru Giorgi Xocevanişvili ilə birlikdə gözdən keçirdi.

Avtomobil Yolları Departamentinin rəhbəri, İrakli Karseladze baş nazirə məlumat çatdırdı ki, hazırda işlər 1.9 km hissəsində aparılır və burada 420 metrlik körpü tikilir.

Baş nazir qeyd etdi ki, qeyd olunan hissə, ölkənin əsas tranzit avtomaqistralının tərkib hissəsidir.

Layihənin başa çatmasından sonra, nəqliyyatın hərəkət təhlükəsizliyi artacaq və yolçuluq vaxtı azalacaq, daşıma xərcləri ölkənin iqtisadiyyatını gücləndirəcək.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.