İlin sonuna qədər dövlət idarələrinin avtoparkları azalacaq və həmçinin, personal avtomobildən istifadə edən şəxslərin sayı da azalacaq
Cari ilin sonuna qədər dövlət idarələrinin avtoparkı 1000 avtomobil ilə azalacaq və həmçinin, personal avtomobildən istifadə edən şəxslərin sayı azalacaq, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze bugünki hökümət iclasından öncə keçirdiyi brifinqdə verdi.
Onun dediyinə görə, dövlət avto-parkinqlərindəki avtomobillər realizasiya üçün Maliyyə Nazirliyinə veriləcək.
Baş nazir həmçinin, bəyan etdi ki, ən az 500 “personal xidmət” avtomobili nöbətçilik parkına veriləcək.
“Bu sadəcə ilk addımdır və biz dövlət idarələrinin parkinq menecmenti ilə bağlı başqa təşəbbüsləri də mütləq irəli sürəcəyik” – dedi Mamuka Baxtadze.