İlia Topuria, Çarlz Oliveyranı məğlub edərək UFC-nin yüngül çəki üzrə çempionu oldu #1TVSPORT
İlia Topuria UFC-nin yüngül çəki (70 kq) üzrə yeni çempionudur. Las Veqasda keçirilən tədbirdə gürcü döyüşçü Braziliya bayrağı altında çıxış edən Çarlz Oliveyranı məğlub etdi.
Topuria döyüşün əvvəlindən etibarən Oliveyranın bütün güclü tərəflərini neytrallaşdırmağı bacardı. Nəticədə, gürcü idmançı döyüşü birinci raundda nokautla qazandı.
İlia Topuria 2024-cü ilin fevralında Aleksandr Volkanovskini məğlub etdikdən sonra UFC-nin yüngül-yarımyüngül (65 kq) divizionunun çempionu oldu. O, bu titulu oktyabr ayında Maks Holoveyə qarşı döyüşdə uğurla qorudu. Bu ilin fevralında isə Topuriya bildirib ki, çəki salmaq prosesi onun üçün çətinləşib və o, yüngül çəkidə yalnız titul döyüşündə iştirak etmək üçün keçid edir.
İlia Topuria qarışıq döyüş sənəti üzrə keçirdiyi 17 döyüşdən sonra hələ də məğlub edilməyib. UFC-də isə bu onun ardıcıl doqquzuncu qələbəsi olub və bu döyüşlərin yeddisini vaxtından əvvəl qazanıb.
Nəticədə, 28 yaşlı gürcü döyüşçü UFC-nin iki divizionunda çempion tituluna sahibdir. Topuria, UFC tarixində bunu bacaran 10-cu idmançıdır. Daha əvvəl müxtəlif çəki dərəcələrinin kəmərlərini Rendi Kutur, Bi Cey Pen, Konor Makqreqor, Corc Sen-Pyer, Daniel Kormie, Amanda Nuneş, Henri Sehudо, Con Cons və Aleks Pereyra əldə etmişdilər.
Qeyd edək ki, 8 iyun tarixində UFC-nin superyüngül (61 kq) çəki kəmərini amerikalı Şon O’Malli üzərində qələbə ilə qoruyan Merab Dvalişvili də hazırda UFC-nin kişi kateqoriyalarında iki çəki dərəcəsində çempion olan ikinci gürcüdür.