İlia İncia - Türkiyədə bizim üçün, eləcə də Türkiyə tərəfi üçün faydalı olan dostluq və mehriban qonşuluq görüşləri oldu
İlia İncia - Türkiyədə bizim üçün, eləcə də Türkiyə tərəfi üçün faydalı olan dostluq və mehriban qonşuluq görüşləri oldu

 

Türkiyədə bizim üçün, eləcə də Türkiyə tərəfi üçün faydalı olan dostluq və mehriban qonşuluq görüşləri oldu – bu barədə “Avropalı Sosialistlər” parlament siyasi qrupunun lideri İlia İncia bildirib.

O deyib ki, Gürcüstan və Türkiyənin sərhəddən başqa çoxlu kəsişmə nöqtəsi var, gələcəkdə bir-biri ilə görüşlər daha tez-tez olacaq.

“Çox vacib və maraqlı səfər idi. Bir çox mövzulara toxunduq. Mövzulardan biri regionda bu gün vacib olan sülh siyasətinin qorunub saxlanması idi. Əlbətdə, iqtisadi istiqamətə də toxunduq. Gürcüstan və Türkiyənin sərhəddən başqa çoxlu kəsişmə nöqtəsi var və gələcəkdə bir-biri ilə görüşlər daha tez-tez olacaq. Türkiyədə bizim üçün, eləcə də Türkiyə tərəfi üçün faydalı olan dostluq və mehriban qonşuluq görüşləri oldu” – İlia İncia bildirib.