II İlia XIV Leo-nu Roma Papası seçilməsi münasibətilə təbrik edir – qarşıdurmalarla dolu bu çətin dövrdə sizin dəstəyiniz əsl dəyərlərin müdafiəsi üçün bütün dünya üçün əhəmiyyətli olacaq
II İlia XIV Leo-nu Roma Papası seçilməsi münasibətilə təbrik edir – qarşıdurmalarla dolu bu çətin dövrdə sizin dəstəyiniz əsl dəyərlərin müdafiəsi üçün bütün dünya üçün əhəmiyyətli olacaq

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia XIV Leo-nu Roma Papası seçilməsi münasibətilə təbrik edib.

“Sizin Müqəddəsliyinizi Roma Papası seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu, həm sizin şəxsiyyətinizə verilən böyük dəyərin, həm də üzərinizə düşən böyük məsuliyyətin göstəricisidir. Qarşıdurmalar və çətinliklərlə dolu dövrümüzdə əsl dəyərlərin qorunması naminə sizin dəstəyiniz, qətiyyətiniz və möhkəmliyiniz bütün dünya üçün olduqca önəmli olacaq. Müqəddəs Papa Fransisklə görüşdüyümdə də bunu qeyd etmişdim və indi bir daha təkrar edirəm – Roma taxtı və Gürcüstanın Pravoslav Kilsəsi həvarilər – Pyotr və Andrey tərəfindən əsası qoyulmuş qardaş məbədlərdir, bu da bu gün bizim aramızdakı münasibətlərə xüsusi hörmət və ehtiram bəxş edir. Ən xoş arzularımızı qəbul edin. Tanrıdan diləyirəm ki, fəaliyyətiniz yalnız katolik aləmi üçün deyil, bütün bəşəriyyət üçün də uğurlu olsun,” – deyə məktubda bildirilir.