İlia II – Böyük Orucun başlanma vaxtı gəlir, bu, il ərzində ən xüsusi dövrdür, qarşılıqlı incikliyi unudun, düşmənlə barışın, pis söz deyənlərə cavab verməyin, duanı gücləndirin
İlia II – Böyük Orucun başlanma vaxtı gəlir, bu, il ərzində ən xüsusi dövrdür, qarşılıqlı incikliyi unudun, düşmənlə barışın, pis söz deyənlərə cavab verməyin, duanı gücləndirin

Böyük Orucun başlanma vaxtı gəlir, bu, il ərzində ən xüsusi dövrdür, qarşılıqlı incikliyi unudun, düşmənlə barışın, pis söz deyənlərə cavab verməyin, duanı gücləndirin, – bu barədə İlia IInin Böyük Orucun başlanğıcı ərəfəsində müraciətində qeyd olunur.

“Böyük Orucun başlanma vaxtı gəlir… Bu, il ərzində ən xüsusi dövrdür – qəlb ağrısı, tövbə, minnətdarlıq və eyni zamanda ümidlə dolu 40 günlük zaman kəsiyidir ki, ona Əzab həftəsi də əlavə olunur.

Bu orucun tutulması özünü pravoslav hesab edən hər kəs üçün zəruridir (ciddi sağlamlıq problemi olanları nəzərdə tutmuram) ki, gücümüz çatdığı qədər Xilaskarın Dirilməsinin möhtəşəm gününü layiqincə qarşılayaq.

Qarşılıqlı incikliyi unudun, düşmənlə barışın, pis söz deyənlərə cavab verməyin, duanı gücləndirin, daim İsa və Allahın Anasının duasını (“Mərhəmət qapısını bizə aç”) söyləyin, həmçinin 50-ci məzmuru; hər həftə tövbə və müqəddəs birliklə möhkəmlənin və sevgi, sülh və xeyirxahlıqla bəzənin.

Allah hər birinizi xeyir-dualandırsın, günahlarınızı bağışlasın və sizə güc versin ki, Allahın sadiq oğulları və qızları adlana biləsiniz. Mənim mənəvi övladlarım, xahiş edirəm, mənim də günahlarımı və zəifliyimi bağışlayın. Həmişə sizin üçün dua edən İlia II”, – deyilir patriarxın müraciətində.