İlia Ğuduşauri barəsində qətimkan tədbiri olaraq 500 000 lari məbləğində girov təyin edilib
Məhkəmə səhiyyə nazirinin sabiq müavini İlia Ğuduşauri barəsində qətimkan tədbiri olaraq 500 000 lari məbləğində girov təyin edib.
Bununla yanaşı, prokurorluğun tələbi ilə Ğuduşauri şəxsiyyət vəsiqəsindən və pasportundan da məhrum ediləcək.
Müdafiə tərəfi və təqsirləndirilən İlia Ğuduşauri prokurorluğun vəsatəti ilə razılaşıblar.
Hakim Nana Şamatava prokurorluğun vəsatətini tam təmin edib.
İlia Ğuduşauri barəsində Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb, bu isə vəzifə səlahiyyətindən sui-istifadə deməkdir. Ğuduşauri irəli sürülmüş ittihamı etiraf edir.