İlia Darçiaşvili sloveniyalı həmkarı ilə görüşüb

17:50, 20.05.2022

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Avropa Şurası Ministerialı çərçivəsində Sloveniya Respublikasının xarici işlər naziri Andrze Loqar ilə görüşüb.

Nazirlər Gürcüstan və Sloveniya arasında müstəsna dostluq əlaqələrini qeyd ediblər və İlia Darçiaşvili həmkarına Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və ən yüksək səviyyədə dəfələrlə bəyan edilmiş Avropa istəklərinə verdiyi güclü dəstəyə görə təşəkkür edib. Qeyd olunub ki, Aİ-nin Şərq Qonşuluğu Sloveniya üçün vacibdir və o, Gürcüstanın Aİ və NATO-dakı istəklərini bütün müvafiq formatlarda dəstəkləməyə davam edəcək.

Nazir sloveniyalı həmkarına Gürcüstanın işğal olunmuş rayonlarında vəziyyət, eləcə də regionda çətin təhlükəsizlik mühitini nəzərə alaraq Gürcüstanın üzləşdiyi problemlər barədə məlumat verib. İkitərəfli əlaqələrdən danışan nazirlər əməkdaşlığın müsbət dinamikasını saxlamaq və sektorlararası əlaqələrin dərinləşməsinə kömək etmək barədə razılığa gəliblər.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Oxşar