İlia Darçiaşvili Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri və Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi təyin edilib
İlia Darçiaşvili Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Gürcüstanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi təyin edilib.
İlia Darçiaşvili 2022-2024-cü illərdə Gürcüstanın xarici işlər naziri, 2017-2021-ci illərdə isə Gürcüstanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.
O, Gürcüstan Hökumət Administrasiyasının rəhbəri və regional inkişaf və infrastruktur nazirinin birinci müavini vəzifələrində çalışıb. O, həmçinin publik hüquqi şəxs “Gürcüstanın Bələdiyyə İnkişaf Fondu”nda icraçı direktor vəzifəsində çalışıb.
İlia Darçiaşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.