İlia Darçiaşvili – Gürcüstanın Avropa gələcəyi bizim xarici siyasətimizin əsas hərəkətverici qüvvələrindən biridir
“Gürcüstan həlledici mərhələyə qədəm qoyur və biz doldurulmuş sorğu vərəqəsini keçən prosedurlara uyğun olaraq sizə qaytarmaq üçün səylərimizi əsirgəməyəcəyik”, – Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheinin təqdim etdiyi anket zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Avropa seçimi dönməzdir.
“Gürcüstanın Avropa gələcəyi bizim xarici siyasətimizin əsas hərəkətverici qüvvələrindən biridir və biz onu yerinə yetirmək üçün bu anket üzərində işə başlamağa hazırıq”, – İliya Darçiaşvili bildirib.
Gürcüstana Aİ-yə üzvlük müraciəti ilə bağlı sorğu təqdim edilib. Anketin təhvil-təslim mərasimi Lüksemburqda keçirilib. Anket Gürcüstanla birlikdə Moldovaya da təhvil verilib.