İlia Darçiaşvili – Biz Dmitro Kuleba ilə razılaşdıq ki, sıx ünsiyyəti davam etdirəcəyik, mən Gürcüstanın Ukraynaya dəstəyini bir daha təsdiqlədim
NATO Xarici İşlər ministerialı çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ukraynalı həmkarı Dmitro Kuleba ilə qısa tanışlıq görüşü keçirib.
Bu barədə XİN rəhbəri sosial şəbəkədə yazır.
“NATO Xarici İşlər Nazirləri toplantısında mənim Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə qısa görüş keçirmək imkanım oldu. Biz yaxın ünsiyyəti davam etdirməyə razılaşdıq. Mən Gürcüstanın Ukraynaya dəstəyini bir daha təsdiqlədim”, – deyə Darçiaşvili Twitter səhifəsində yazıb.