İlia Darçiaşvili Azərbaycana rəsmi səfər edəcək
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili aprelin 26-27-də Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Xarici işlər naziri Ceyhun Bayov ilə görüşlər keçirəcək.
Agentliyin məlumatına görə, səfər zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.