İlia Darçiaşvili aprelin 6-8-də Avropa İttifaqı və NATO-ya səfər edəcək
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili aprelin 6-8-də Avropa İttifaqı və NATO-ya səfər edəcək və burada yüksək səviyyəli görüşlər keçirəcək.
Agentliyin məlumatına görə, İlia Darçiaşvili Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell ilə görüşəcək.
Şimali Atlantika Alyansının dəvəti ilə XİN rəhbəri NATO-nun Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək, bu toplantıda Gürcüstan, Ukrayna, İsveç, Finlandiya, Yaponiya xarici işlər nazirlərinin iştirakı ilə bir qrup tərəfdaş ölkə ilə NATO görüşü keçiriləcək. İlia Darçiaşvili ministerial çərçivəsində nazir həmkarları ilə görüşlər keçirəcək”, – məlumatda deyilir.