İlham Əliyev – Tehrandakı Səfirliyimizə qarşı törədilən terror aktını qınayıram, tezliklə araşdırılmanı tələb edirik
Azərbaycan prezidenti, İlham Əliyev Tehranda yerləşən Azərbaycan Səfirliyinə edilən hücumu qınayır. Əliyev baş verənlərin araşrılmasını və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edir.
İlham Əliyev qeyd olunan bəyanatı tvitterdə yayır.
“Bu gün Tehranda Səfirliyimizə qarşı törədilən terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınların adərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”, – Əliyev yazır.
İranda Azərbaycan Səfirliyinə hücum baş verdi. Hadisə nəticəsində bir nəfər həlak oldu.