İlham Əliyev – Laçın-Xankəndi yolunun güman edilən bağlanması barədə Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir

15:18, 26.01.2023

Ermənistanın Laçın-Xankəndi yolunun güman edilən bağlanması barədə irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir, -bu barədə Azərbaycan prezidenti, İlham Əliyev Fransa Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, Ann Buayola görüşündə bəyan etdi.

Əliyevin dediyinə görə, “mülki yüklərin və mülki şəxslərin daşınması Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə təmin edilir”.

Azərbaycan prezidentinin bəyan etdiyinə görə, 12 dekabrdan indiyədək dəhlizdən hər iki istiqamətdə 1000-ə yaxın nəqliyyat vasitəsi keçib. medianın yazdığı kimi, İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının vacibliyini vurğuladı.

Oxşar