İlham Əliyev – Ermənistan hökumətinin razılaşdırılan hər şeyi imzalamaq, razılaşdırılmamış müddəaları növbəti mərhələlərə keçirmək təklifi reallıqdan uzaqdır

13:28, 15.10.2024

 
Ermənistan hökumətinin indiyədək razılaşdırılan hər şeyi imzalamaq və razılaşdırılmamış müddəaları növbəti mərhələlərə keçirmək təklifi reallıqdan tamamilə uzaqdır – bu haqda Azərbaycanın Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

Azərbaycanın Prezidenti xüsusilə qeyd edib ki, sülh müqaviləsinin bütün bəndləri bərabərdir və birini digərindən ayırmaq olmaz.

İlham Əliyev, bu baxımdan Ermənistan hökumətinin təklifini qəbuledilməz hesab etdiyini bildirib. Əliyev, bu cür yanaşma presedentinin ona məlum olmadığını deyib.

Oxşar