İlham Əliyev – Entoni Blinkenin siyasəti Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibəti faktiki olaraq heçə endirdi
Entoni Blinkenin siyasəti Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibəti faktiki olaraq heçə endirdi – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev Bakıda forumda bəyan edib.
Azərbaycan Prezidenti ABŞ tərəfindən Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinin ölkədə böyük məyusluğa səbəb olduğunu bildirib.
“Biz bu münasibətləri onilliklər boyu qurmuşuq. Biz ABŞ-ın etibarlı və yaxın tərəfdaşı olmuşuq, onlar da bizim üçün belə idilər. Onlara lazım olanda biz onların yanında idik. Məsələ İraqa gələndə – biz var idik, bəli, məsələ Əfqanıstana gələndə – bəli, biz var idik. Biz 2001-ci ildə NATO üzvü olmayan ölkə kimi Əfqanıstan əməliyyatlarına qoşulduq və bu ölkəni tərk edən sonunculardan biri olduq” – İlham Əliyev bildirib.