İlham Əliyev – Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz kimi rolunu daha da gücləndirəcək, bütün Avrasiya üçün yeni imkanlar yaradacaq

15:05, 25.09.2026

İlham Əliyev – Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz kimi rolunu daha da gücləndirəcək, bütün Avrasiya üçün yeni imkanlar yaradacaq

Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz kimi rolunu daha da gücləndirəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, dəhliz bütün Avrasiya üzrə ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq.

“Xəzər dənizi üzərindən keçən Orta Dəhliz Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir. Hazırda formalaşmaqda olan və ‘Trampın Birləşdirici Marşrutu’ kimi də tanınan Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz kimi rolunu daha da gücləndirəcək və bütün Avrasiya üzrə ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq”, – deyə Azərbaycan Prezidenti bildirib.

Oxşar