İlham Əliyev Saberioda baş vermiş faciə ilə bağlı İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərir
İlham Əliyev Saberioda baş vermiş faciə ilə bağlı İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərir

 
Azərbaycan Prezidenti İlham Əliyev Saberioda baş vermiş faciə ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərir.

Bu haqda məlumatı Azərbaycan Prezidenti Administrasiyası yayır.

“Hörmətli cənab Baş nazir, Qali Rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm” – başsağlığı məktubunda qeyd olunub.