İlham Əliyev – Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu və Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu və Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin beşinci görüşünün iştirakçılarına müraciət edib.
“Bu Zəfər, həmçinin ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi qapının yaradılmasına zəmin yaratdı. Bu, Zəngəzur dəhlizidir. Bu fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır” – İlham Əliyev qeyd edib.