İlham Əliyev - Prezident seçiləndən sonra Mixeil Ğavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətinin göstəricisidir
İlham Əliyev - Prezident seçiləndən sonra Mixeil Ğavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətinin göstəricisidir

 

Şadam ki, bu, prezident vəzifəsinə seçiləndən sonra Azərbaycana ilk rəsmi səfərinizdir. Biz bunu çox yüksək qiymətləndiririk – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ilə birlikdə keçirilən mətbuat konfransında deyib.

Əliyev prezident kimi Mixeil Ğavelaşvilinin Azərbaycana ilk səfərinin Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətinin göstəricisi olduğunu bildirib.

“Hörmətli cənab Prezident, əziz qonaqlar, cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizi Gürcüstan Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edir, uğurlar arzulayıram. Şadam ki, bu, prezident vəzifəsinə seçiləndən sonra Azərbaycana ilk rəsmi səfərinizdir. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətinin göstəricisidir, dostluğumuzun göstəricisidir” – İlham Əliyev bildirib.

Sinxron tərcüməyə uyğun hazırlanmışdır.