İlham Əliyev – Müharibədən sonra Qarabağa və Şərqi Zəngəzura 100 min nəfər qayıdıb, onlar üçün ən yaxşı şərait yaratmışıq

10:18, 07.11.2026

 

Müharibədən sonra Qarabağa və Şərqi Zəngəzura 100 min insan qayıdıb – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşündə açıqlayıb.

Əliyev, müharibədə qələbə qazandıqdan sonra sülh içində yaşayan Azərbaycan xalqının qurub yaratdığını bildirib.

“44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Xalqımız və gələcək nəsillər hər zaman bu qələbə ilə fəxr edəcəklər. Çünki biz döyüş meydanında qan tökərək ədaləti, ləyaqəti bərpa etdik və hüquqlarımızı qaytardıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların parlaq xatirəsi həmişə ürəyimizdə yaşayacaq. Əminəm ki, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisasını döyüş meydanında aldıq və bu gün onların parlaq xatirəsinə ehtiramın ən böyük təzahürü Qarabağın və Şərqi Zəngəzurun belə gözəl intibahıdır.

Ermənilər bu torpaqları 30 il ərzində məhv edirdilər, salamat bir daş da qalmamışdı. Cəmi altı il ərzində biz təqribən 100 000 nəfəri Qarabağa və Şərqi Zəngəzura qaytardıq və onlar üçün ən yaxşı şərait yaratmışıq” – İlham Əliyev qeyd edib.

Oxşar