İlham Əliyev mayın 18-də imzalanmış, Azərbaycandan Gürcüstana təbii qaz tədarükü haqqında sazişi təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Gürcüstan arasında təbii qaz tədarükü ilə bağlı sazişi təsdiqləyib.
Söhbət mayın 18-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana təbii qaz tədarükü haqqında Saziş”dən gedir.
Sərəncama əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının icrasını təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri daxili dövlət prosedurlarının tamamlanması barədə Gürcüstan hökumətinə məlumat vermək tapşırılıb.