İlham Əliyev - Gümrüdəki rus hərbi bazasından vaxtaşırı Ermənistan Silahlı Qüvvələri təmin olunur
İlham Əliyev - Gümrüdəki rus hərbi bazasından vaxtaşırı Ermənistan Silahlı Qüvvələri təmin olunur

Gümrüdəki rus hərbi bazasından vaxtaşırı Ermənistan Silahlı Qüvvələri təmin olunur, – bu barədə Azərbaycan prezidenti, İlham Əliyev  İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində bəyan etdi.

Azərbaycan prezidentinin dediyinə görə, döyüş əməliyyatlarında Türkiyə qoşunlarının iştirakı yalandır və bunun dəlilləri mövcud deyil.

“Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin “F-16” təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə “MiQ-29”, “Su-30″ təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır”, – Əliyev bəyan etdi.

Azərbaycan prezidentinin bəyan etdiyinə görə, Ermənistanın baş naziri deməlidir ki, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar.