İlham Əliyev – Cənubi Qafqazda sülh prosesinə Almaniyanın töhfəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını gətirdi
Cənubi Qafqazda sülh prosesinə Almaniyanın töhfəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını gətirdi – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniyanın Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında deyib.
O, Donald Trampın iştirakı ilə sülh razılaşmasının imzalanmasının 30 ildən artıq davam edən münaqişəyə nöqtə qoyduğunu bildirib.
“Cənubi Qafqazda sülh prosesinə Almaniyanın töhfəsi, buna görə minnətdarlığımı bildirmək istəyirəm, uzun illərdən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını gətirdi. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh razılaşmasının imzalanması, eləcə də Vaşinqtonda imzalanmış birgə Bəyannamə 30 ildən artıq davam edən münaqişəyə nöqtə qoydu. Dəvətə görə sizə bir daha təşəkkür edirəm, cənab Kansler. Buna görə təşəkkür edirəm, həmçinin sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm” – İlham Əliyev bildirib.