İlham Əliyev Azərbaycandan Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən elektrik enerjisinin tranziti haqqında sazişi təsdiqləyib

18:06, 09.07.2026

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana elektrik enerjisinin tədarükü ilə bağlı sazişi təsdiqləyib.

İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən elektrik enerjisinin tranziti haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının icrasını təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların başa çatdırılması barədə Gürcüstan hökumətinə rəsmi bildiriş göndərməlidir.

Oxşar