İlham Əliyev – Azərbaycan Çindən artıq müəyyən hərbi təyinatlı məhsulları alıb

14:15, 14.07.2026

 

Azərbaycan Çindən artıq müəyyən hərbi təyinatlı məhsulları alıb – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda deyib.

O, hazırda Azərbaycanda getdikcə daha çox Çin şirkətinin fəaliyyət göstərdiyini bildirib.

“Ötən il Çin Xalq Respublikasına etdiyim dövlət səfərindən və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra əməkdaşlığımız bütün istiqamətlərdə əhəmiyyətli dərəcədə aktivləşib. Bu siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələri əhatə edir. Biz bu əməkdaşlıqdan çox məmnunuq və buna xüsusi önəm veririk. Hazırda Azərbaycanda getdikcə daha çox Çin şirkəti fəaliyyət göstərir. Onlardan bəziləri artıq irimiqyaslı investisiya layihələri həyata keçirir, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edirlər” – Əliyev bildirib.

Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, Bakı Çindən artıq müəyyən hərbi təyinatlı məhsulları alıb

Oxşar