İlham Əliyev - "Azərbaycan Qarabağdır" ifadəsi qələbəmizin rəmzidir
İlham Əliyev - "Azərbaycan Qarabağdır" ifadəsi qələbəmizin rəmzidir

Dağlıq Qarabağ ilə bağlı razılaşmada Dağlıq Qarabağın satusu barəsində söhbət yoxdur, – bu barədə Azərbaycan prezidenti, İlham Əliyev “tvitterdə” yazdı.

“Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Azərbaycan tərəfindən nail olunmuş qələbə erməni tərəfini məcbur etdi ki, siyasi yol ilə, Ağdam, Laçın və Kəlbəcəri qaytaraydı.

Bu günlər bizə göstərdi ki, milli işdə biz həmişə birləşə bilirik, fərqli siyasi baxışlara baxmayaraq. Biz xalqımızla, ordumuzla fəxr edirik! Xalqımız bu günləri ən xoşbəxt günlər kimi hesab edir. Mən də xoşbəxtəm ki, xalqa bu sevindirici xəbəri çatdırıram. “Azərbaycan Qarabağdır” ifadəsi qələbəmizin rəmzidir”, – İlham Əliyev bəyan etdi.

Ermənistanın baş naziri, Nikol Paşinyan gecə bəyan etdi ki, Rusiya və Azərbaycan prezidenti ilə Dağlıq Qarabağda döyüş əməliyyatlarını dayandırmağı nəzərdə tutan razılaşmanı imzaladı. Ermənistanın baş nazirinin bəyanatı Yerevanda etirazla nəticələndi. Yüzlərcə insan Yerevanda, Respublika Meydanına toplaşdı. Nümayişçilərin bir hissəsi hökumət evinə soxuldu. Aksiya iştirakçilarının bir hissəsi Ermənistan Parlamentinin sədrini fiziki təhqir etdi. Ermənistan baş naziri, az sonra yaydığı müraciətində qeyd etdi ki, başqa yolu yoxuydu.

Razılaşmadan sonra Bakıda bayram etdilər. Azərbaycan prezidenti, İlham Əliyev də bəyanat yaydı – “Qarabağ münaqişəsinin tənzimləmə işinə nöqtə qoyulub”. Əliyevin açıqlamasına görə, razılaşmanın maddələrindən biri Dağlıq Qarabağda Rusiya və Türkiyənin birgə sülh missiyasını təşkil edir.

Artıq üçtərəfli razılaşmanın mətni də açıqlandı. Doqquz maddəli razılaşmanın maddələrindən biri, Qarabağda 2 000-ə qədər rus hərbçisinin yerləşdirilməsini nəzərdə tutur.