İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması məsələsini müzakirə ediblər
Türkiyə və Azərbaycan prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.
Türkiyənin paytaxtı Ankarada Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin görüşü keçirilib.
Azərbaycan mətbuatının verdiyi məlumata görə, görüşdə Orta Dəhlizin inkişafı üzrə iki ölkənin birgə fəaliyyətinin vacibliyi vurğulanıb.
Məlumatlara görə, Ərdoğan və Əliyev ölkələr arasında enerji, nəqliyyat, iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər əməkdaşlıq məsələlərini də müzakirə ediblər.